Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Xorvatiyada ilan sərxoş kişini dişləyib və onun qanında olan spirtdən ölüb.
Tezadlar.az Rg.ru-ya istinadən xəbər verir ki, hadisə 42 yaşlı Ştef Raduloviç işgüzar görüşünü bitirdikdən, uğurlu sövdələşməni alkoqollu içki ilə qeyd etdikdən sonra – məhəllə ətrafında qısa bir gəzintiyə çıxmaq qərarına gəldikdə baş verib.
Stef gürzəyə çox yaxınlaşdığı üçün ilan təhlükə hiss edib və onun ayağından dişləyib.
“Kəskin bir ağrı hiss etdim və dərhal bunun ilan olduğunu anladım. Həkimə qaçmaq istəyirdim, amma ona nəsə olduğunu fərq etdim”, – kişi deyib.
Onun sözlərinə görə, sürünənin gözləri yarı qapalı olub, o səndələyirmiş və başını iki dəfə ağaca da çırpıb.
İlanın dişlədiyi Raduloviç özü gürzəyə yardım edərək baytar həkimə aparmağa çalışsa da, sürünən yolda ölüb.
Sonradan müayinə zamanı onun qanında spirtin miqdarının kiloqramda 5,1 qram olduğu müəyyən edilib.
İlan zəhərinin adama heç bir təsiri olmayıb.
Həkimlər məhz onun qanında olan spirtin zəhəri zərərsizləşdirdiyini düşünürlər və bu da onun həyatını xilas etmiş ola bilər.
JASMİN
P.S. Bəli, bəzən belə də olur… Amma bu o demək deyil ki, həddən artıq qəbul edilən alkoqol orqanizm üçün ziyansızdır.