Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Hövsan qəsəbəsində yerləşən avtomobil yolunda yağıntılardan sonra çoxsaylı çuxurlar yaranıb.
Tezadlar.az xəbər verir ki, bu barədə jurnalist Tural Yusifov sosial şəbəkə hesabında video paylaşıb.
O bildirib ki, “MİDA yolu” kimi tanınan ərazidən Aeroport şosesi istiqamətində hərəkət zamanı yolun cəmi 1,5 kilometrlik hissəsində 25-ə yaxın çuxur müşahidə olunur.
Jurnalistin sözlərinə görə, yol örtüyünün bu vəziyyəti ciddi narahatlıq doğurur:
“Bu yol cəmi 1,5 kilometrdir. Bu qısa məsafədə 25-ə yaxın çala yaranıb. Göydən nə yağır ki, asfalt bu vəziyyətə düşür? Üstəlik, yolda aparılan yama işlərində də standartlara əməl olunmayıb.”