3 Avqust 2025 / 23:09

Göygöldə qəza: üç nəfər yaralandı

Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayon Yeni Qızılca kəndindən keçən hissəsində ağır yol qəzası baş verib.

“Tezadlar.az”ın Qərb bürosunun məlumatına görə, iki “VAZ-2107” markalı avtomobilin toqquşması nəticəsində üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb və onlar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!