Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, 11–12 sentyabrda güclü küləkli hava şəraiti gözlənilir. Bu isə yol hərəkəti iştirakçıları üçün əlavə risklər yaradır.
Tezadlar.az xəbər verir ki, bununla əlaqədar olaraq Bakı Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə və piyadalara müraciət edib.
” Sürücülərə tövsiyə:
• Sürəti azaldın, hərəkəti hava şəraitinə uyğun qurun. • Təhlükəsiz ara məsafəsini qoruyun.
• Qoşqulu və yüklü avtomobillərdə yüklərin möhkəm bərkidilməsinə diqqət edin.
• Açıq magistral yollar, körpülər və dağlıq ərazilərdə xüsusilə diqqətli olun.
• Ötmə əməliyyatlarında küləyin axınını nəzərə alın.
• Avtomobili aşma riski olan obyektlərin altında saxlamayın.
Piyadalara müraciət:
• Yalnız piyada keçidlərindən istifadə edin.
• Yaxınlaşan avtomobillərin sürətinə diqqət yetirin.
• Açıq meydanlarda və geniş yollarda daha ehtiyatlı olun.