Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Qırğızıstanda güclü zəlzələ baş verib.
Tezadlar.az bildirir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) mütəxəssisləri məlumat verib.
Yeraltı təkanlar çərşənbə axşamı, avqustun 5-də yerli vaxtla saat 18:44-də (Bakı vaxtı ilə 16:44) qeydə alınıb. Onların maqnitudası 5,1-ə çatıb – seysmoloqlar bunu güclü zəlzələ hesab edirlər.
Zəlzələnin episentri 27,7 min nəfərin yaşadığı Bazar-Korqon şəhərindən 33 kilometr şimal-qərbdə yerləşib. Hadisənin ocağı 10 kilometr dərinlikdə olub. Ölənlər və ya infrastruktura ziyan dəyməsi barədə məlumat verilməyib.
Həmin gün səhər saatlarında Kuril adalarının cənubundakı sahillərdə 4,5 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentrinin İturup adasının Reydovo kəndindən 110 kilometr şərqdə, mənbənin isə 193 kilometr dərinlikdə yerləşdiyi bildirilir. Sakinlərdən həssaslıq barədə məlumat verilməyib və bölgədə sunami təhlükəsi elan edilməyib.
E.ŞİRİNOV