Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İran ətrafında müharibə həlqəsi getdikcə daralır. Tezadlar.az Reuters- ə istinadla bildirir ki, ABŞ yaxın iki-üç həftə ərzində İrana qarşı zərbələri gücləndirəcək. ABŞ prezidenti Donald Tramp Ağ Evdən xalqa müraciətində bu barədə danışıb. Sitat: “Bu gün deyə bilərəm ki, bütün hərbi məqsədlərimizə tezliklə çatmaq yolundayıq. İki-üç həftə ərzində onları son dərəcə güclü zərbələrlə vuracağıq və onları daş dövrünə qaytaracağıq”.
Tramp eyni zamanda İranın Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələri məhv edildiyini və raket imkanlarının da tezliklə minimuma endiriləcəyini bildirib. “Məqsədlərimiz sadə və aydındır. Biz İranın ABŞ-ı təhdid etmək və sərhədlərindən kənarda güc nümayiş etdirmək qabiliyyətini sistematik şəkildə məhv edirik. Bu, hazırda tamamilə məhv edilmiş İran Hərbi Dəniz Qüvvələrini məhv etmək, Hərbi Hava Qüvvələrinə və raket proqramına saysız-hesabsız ziyan vurmaq və müdafiə sənayesi kompleksini sökmək deməkdir. Biz bütün bunları etmişik. Onların Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələri yoxdur. Onların raketləri tezliklə tükənəcək və ya məhv ediləcək”.
İran isə İsraili və ABŞ- ın hərbi bazaları yerləşən ölkələri raket atəşinə tutmaqla özünü müdafiə etməkdədir.