23 Avqust 2025 / 18:38

Güləşçimiz erməni rəqibini belə məğlub etdi…

Azərbaycanın yunan-Roma güləşçisi Ayxan Cavadov (60 kq) dünya çempionatının finalında Ermənistan idmançısına qalib gələrək qızıl medal qazandığı üçün özünü xoşbəxt hiss edir. Tezadlar.az xatırladır ki, Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatında fəxri kürsünün birinci pilləsinə yüksələn idmançımız bu barədə deyib. O, qələbəsini Azərbaycan xalqına və ailəsinə həsr etdiyini söyləyib:

“Bu hissləri sözlə ifadə etmək çətindir. Yarış mənim üçün çox möhtəşəm keçdi. Finaldan öncə həyəcan var idi. Ermənistan idmançılarına qarşı hər zaman görüşlərimiz prinsipial əhəmiyyət daşıyıb. Rəqibə qalib gələrək, Azərbaycan bayrağını yüksəklərə qaldırdığım üçün fəxr edirəm. Ən çətin görüşüm məhz finalda oldu. Hesabda geridə olsam da, sonradan toparlandım və uğurlu nəticə əldə etdim. Məni yarışa hazırlayan bütün məşqçilərimə və dəstəyinə görə Azərbaycan xalqına öz təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, Ayxan Cavadov həlledici görüşdə ermənistanlı Yurik Mxitaryana 12:5 hesabı ilə qalib gələrək fəxri kürsüyə yüksəlib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!