22 İyul 2025 / 12:50

Günəş sistemi barədə nələri bilirik?

Eramızdan əvvəl, yəni 6000 ildən də çox əvvəllərdə sirli bir sivilizasiyanın Günəş sistemimizin ətraflı xəritələri olub. Şumerlər bu rəsmləri gildən istifadə edərək yapmışdılar. Günümüzə qədər gəlib çıxan rəsmlər göstərir ki, onlar Günəşin Günəş sisteminin mərkəzində bir ulduz olduğunu və digər planetlərin onun ətrafında fırlandığını başa düşdülər. Onlar hətta planetlərin orbitlərini və mövqelərini də dəqiqliklə cızıblar. Maraqlıdır ki, onların bəzi rəsmlərində nəhəng varlıqlar və onların qəribə obrazları da əks olunub. Şumerlər onları Tanrı hesab edirdilər. Tanrıların bəzi rəsmlərində hətta insan DNT ardıcıllığına bənzəyən simvollar var. Bundan əlavə, şumerlərin tibblə əlaqəli simvolları var idi və bu, müasir tibbi simvollara çox bənzəyir.

İbrahim Nəbioğlu yazır ki, “Biz hələ min illər əvvəl bəşəriyyətin ən qədim sivilizasiyasının astronomiya haqqında belə dərin biliyə malik olduğunu anlaya bilmirik. Gördüklərimiz bu qədim sivilizasiyanın geridə qalmamış olduğunu, əksinə bizim indiki anlayışımızdan çox-çox irəli getdiyini göstərir…”.

Deməli, dünyanın sirrini hələki dəqiq hesablayıb nəyisə ortaya qoymaq mümkünsüz kimi görünür…

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!