Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
25 Fevral 2025 / 14:29

Gürcüstan Aİ komissarı Kallası qanunun aliliyindən yayınmaqda ittiham edib

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Kaja Kallas qanunun aliliyi prinsiplərini pozur.

Bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deyib.

Tezadlar.az bu barədə Tbilisidəki “Vzqlyad” qəzetinə istinadən xəbər verir.

Komissarın Gürcüstanda ötən ilin noyabr-dekabr aylarında keçirilən etiraz aksiyaları zamanı saxlanılan bütün radikalları azad etmək çağırışını şərh edən Gürcüstanın ali qanunverici orqanının rəhbəri bildirib ki, bu mövqe “qanunun aliliyi prinsiplərinə və Avropa dəyərlərinə tamamilə ziddir”.

“Belə çıxır ki, Kallas üçün nə qanun, nə də məhkəmə var. Xarici siyasətçilər, Brüssel öz mülahizələri ilə bizə diktə edir ki, kimi həbs edib, kimi azad etsin? “Bəlkə bizə daha çox siyahı verərlər?”, – deyə o qəzəblənib.

Şalva Papuaşvilinin sözlərinə görə, “Brüssel Gürcüstanda zorakılıqda iştirak edən insanları maliyyələşdirir və buna görə də bu pulların nəyə xərcləndiyini gizlədir”.

“Brüssel maliyyəsi zorakı qrupları dəstəkləmək, dezinformasiya və təbliğat yaymaq, polisə hücum etmək üçün istifadə olunur. Parlamentin binası az qala yanacaqdı. Onlarla polis əməkdaşı yaralanıb”, – o deyib.

Parlament sədri radikal müxalifətçiləri müdafiə edən və hakim “Gürcü arzusu”nu tənqid edən Aİ səfiri Pavel Xerçinskini də tənqid edib.

“Biz prokuror kimi Xerçinskiyə arqument verməmişik. Mən ona diplomatların necə işləməsi ilə bağlı Vyana Konvensiyasını yenidən oxumağı məsləhət görürəm”, – Gürcüstan parlamentinin sədri bildirib.

ELBAR

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!