25 Sentyabr 2025 / 08:13

Gürcüstanda azərbaycanlılardan gürcü dili tələbi zəmnində münaqişə yaşanıb (VİDEO)

Tbilisinin Marcanaşvili ərazisində, Bolnisidən olan bir gəncin kafesinə yaxınlaşan müştəri “Niyə gürcü dilini bilmirsən!?” deyərək odlu silah çıxarıb. Tezadlar.az xatırladır ki, bu barədə 24News.ge xəbər portalına kafe sahibi məlumat verib. Sahibin sözlərinə görə, günün ikinci yarısında iki nəfər şəxs obyektə yaxınlaşaraq işçiyə etnik zəmində suallar veriblər: “Onlardan biri ‘Marneulidənsənmi, niyə gürcü dilini bilmirsən?’ deyə soruşub. Əməkdaşımız isə cavab olaraq bildirib ki, bəli, Marneulidənəm və gürcü dilini kifayət qədər bilirəm. Bu cavaba reaksiyasını bildirən şəxs isə ‘Sən mənə cavab qaytarırsan?’ deyərək silah çıxarıb. Hadisə təhlükəsizlik kameralarında aydın şəkildə müşahidə olunur”, – deyə kafe sahibi qeyd edib. İnsidentlə bağlı dərhal polisə məlumat verilib, hüquq-mühafizə orqanlarının əməkdaşları əraziyə gələrək araşdırmalara başlayıb.

Sual olunur: Azərbaycanda yaşayan gürcülərin, yaxud digər xalqların nümayəndələrinin hamısı dövlət dilimizi bilirmi? Və bu tələbi silah gücünə ortaya qoymaq heç bir qanuna- qaydaya sığmır…

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!