5 Oktyabr 2025 / 21:06

Gürcüstanda müxalifətçilər Rustaveli prospektini bağlayıblar

Gürcüstan parlamentinin yaxınlığındakı Rustaveli prospektində toplaşan müxalifət tərəfdarları avtomobillərin hərəkətini dayandırıblar.

Tezadlar.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Sosial şəbəkələrdə müxalifət tərəfdarlarını bazar günü parlamentin yaxınlığında toplaşmağa çağırıb. Axşama yaxın orada 1000-ə yaxın etirazçı sayılıb. Onların əllərində Gürcüstan bayraqları olub, həmçinin Aİ və Ukrayna bayraqları da görünüb.

Aksiya başlayandan bir saat sonra onlar Rustaveli prospektinə çatıb və nəqliyyatın hərəkətini kəsiblər. Polis müdaxilə etməyib.

Bir gün əvvəl Gürcüstanda yerli seçkilər keçirilib. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, bütün bələdiyyələrdə hakim “Gürcü arzusu” partiyası qalib gəlib. Tbilisi merliyinə namizəd Kaxa Kaladze 71,58% səs toplayıb.

Seçkilər Tbilisidə iğtişaşlarla müşayiət olunub. 6 etirazçı və 21 polis əməkdaşı yaralanıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!