2 May 2024 / 09:21

GÜRCÜSTANDA NÜMAYİŞÇİLƏR PARLAMENTİN PLENAR İCLASINI POZUBLAR

Gürcüstan parlamentinin plenar iclası nümayişçilərin binaya soxulmaq cəhdinə görə ləğv edilib. Bu, mayın 1-də keçirilən mitinqdə baş verib.

“Mayın 1-də etirazçıların Gürcüstan parlamentinin sarayına hücumu nəticəsində parlament binasına və infrastruktura ziyan dəyib. Müvafiq olaraq, bu gün, mayın 2-də Parlament Sarayında planlaşdırılan tədbirlər (büro və plenar iclas) baş tutmayacaq”, – deyə rəsmi qurumun açıqlamasında bildirilir.

Bundan əvvəl Gürcüstan parlamentinin rəhbərliyi xarici agentlər haqqında qanun layihəsinə qarşı çıxanların qanunverici orqana soxulmaq cəhdləri səbəbindən təhlükəsizlik səviyyəsinin qırmızı səviyyəsini elan edib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!