12 Noyabr 2025 / 14:59

Gürcüstanda Türkiyəyə məxsus təyyarənin qəza səbəbini araşdırmaq üçün beynəlxalq istintaq qərargahı yaradılıb

Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyənin C-130 hərbi nəqliyyat təyyarəsinin qəzaya uğramasının səbəblərini araşdırmaq üçün beynəlxalq istintaq qərargahı yaradılıb.

Tezadlar.az  xəbər verir ki, bunu Gürcüstanın daxili işlər naziri Gela Geladze deyib.

Nazirin sözlərinə görə, hadisə yerində bütün gecə türkiyəli mütəxəssislər çalışıb, istintaq tədbirlərində iştirak ediblər.

Xatırladaq ki, dünən Azərbaycandan Türkiyəyə istiqamətlənən Türkiyəyə məxsus C130 tipli hərbi nəqliyyat təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədə olan 20 hərbçinin hamısı həyatını itirib.

Şəhid olan hərbçilərin siyahısı:

1. Gökhan Korkmaz – Pilot
2. Serdar Uslu – Hava Qüvvələri zabiti
3. Nihat İlgen – Hava Qüvvələri zabiti
4. Cüneyt Kandemir – Hava Qüvvələri zabiti
5. Emre Mercan – Təyyarə Təmiri Baş Leytenantı
6. Nuri Özcan – Təyyarə Texniki Baş Çavuş
7. Ümit İnce – Hava Qüvvələri zabiti
8. Burak Özkan – Hava Qüvvələri zabiti
9. Emrah Kuran – Hava Qüvvələri zabiti
10. Hamdi Armağan Kaplan – Hava Qüvvələri zabiti
11. Akın Karakuş – Hava Qüvvələri zabiti
12. İlker Aykut – Hərbi Hava Baş Qərargah rəisi
13. Ramazan Yağız – Hava Qüvvələri zabiti
14. Emre Altiok – Hava Qüvvələri zabiti
15. Burak İbbiği – Hava Qüvvələri zabiti
16. İlhan Ongan – Təyyarə Təmiri Baş Çavuş
17. Berkay Karaca – Hava Qüvvələri zabiti
18. Ahmet Yaşar Kuyucu – Hava Qüvvələri zabiti
19. Cem Dolapcı – Hava Qüvvələri zabiti
20. Emre Sayın – Hava Qüvvələri zabiti.

Allah rəhmət eləsin!

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!