Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Gürcüstanın paytaxtı Tbilisidə xüsusi təyinatlılar Çavçavadze prospektindən etirazçıları dağıdıblar.
Tezadlar.az xəbər verir ki, bu barədə “Formula” yazır.
Nəşrin məlumatına görə, polis Çavçavadze prospektində Tbilisi Dövlət Universitetinin binası yaxınlığında yerləşdirilib. Bundan əvvəl etirazçılar Rustaveli prospektində mitinq dağıdılandan sonra bura köçüblər.
“Formula” yazır ki, polis və su reaktiv maşını hadisə yerindədir. Bir nəfərin həbs olunduğu bildirilir.
Bundan əvvəl xüsusi təyinatlılar Tbilisi Universitetinin yaxınlığında etirazçıları dağıtmağa başlayıb. Müxalifət tərəfdarlarının təhsil ocağının qarşısında küçədə yandırdıqları yanğınları söndürmək üçün su şırnaqından istifadə edildiyi bildirilib.
E.ŞİRİNOV