Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti və nazirliyin digər müvafiq strukturlarının birgə koordinasiyası ilə son günlər ərzində həyata keçirilən kompleks tədbirlər nəticəsində ölkədən 31 əcnəbi vətəndaş çıxarılıb. Tezadlar.az Gürcüstan DİN-ə istinadla xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, deportasiya olunanlar İran, Hindistan, Türkiyə, Türkmənistan, Çin, Misir, Burundi, Qazaxıstan, İordaniya, Azərbaycan, Banqladeş, Pakistan və İraq vətəndaşlarıdır. İstintaq zamanı müəyyən edilib ki, saxlanılan şəxslər “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” qanuna əsasən, ölkədə hüquqi əsas olmadan qalıblar. Onlar sığınacaq proseduru çərçivəsində nəzərdə tutulan müddətlərdən sui-istifadə etmiş və illərlə ölkədə hüquqi əsas olmadan yaşayıblar. Nazirlik bildirib ki, hazırkı qanunvericiliyə əsasən, həmin şəxslərin Gürcüstana girişi qadağan edilib.