19 Sentyabr 2025 / 08:15

Gürcüstanın mərkəzi radio kanallarında Üzeyir Hacıbəylinin əsərləri səsləndirilib

Gürcüstanın nüfuzlu radio kanallarında dahi bəstəkar Üzeyir Hacıbəylinin əsərlərinin səsləndirilməsinə başlanılıb. Tezadlar.az xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü ilə həyata keçirilən bu layihə Azərbaycan Milli Musiqi Gününə və dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinə həsr edilib. Görkəmli bəstəkarın yaratdığı ölməz əsərlər “İmedi” və “Birinci kanal”ın radio dalğalarında bir həftə ərzində – sentyabrın 25-dək dinləyicilərə təqdim olunacaq. “Birinci kanal”ın radiosunda həmçinin Ü.Hacıbəylinin zəngin irsi, milli musiqimizin yaradılması və inkişafındakı misilsiz xidmətləri mövzusunda proqram da efirə verilib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!