18 Yanvar 2025 / 16:13

GÜRCÜSTANLI DEPUTATLARLA GÜRCÜSTAN VƏTƏNDAŞI ARASINDA DAVA DÜŞÜB VƏ…

Gürcüstan parlamentinin deputatları Viktor Sanikidze və İrakli Zarkua ilə birgə Gürcüstan vətəndaşı arasında fiziki qarşıdurma yaşanıb.

Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, hadisə Əbu-Dabidə restoranların birində baş verib. Məlumata görə, bundan əvvəl vətəndaş və parlament üzvü İrakli Zarkua arasında sözlü mübahisə olub. Vətəndaş Parlament üzvünə “qul” deyə səslənərək ona etirazını bildirib. Daha sonra restoranlardan birində Gürcüstan Parlamentinin üzvləri Viktor Sanikidze və İrakli Zarkua vətəndaşa fiziki təzyiq göstəriblər.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!