Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
2 İyun 2025 / 10:13

Gürcüstanlı şairlər Şuşada Vaqif Poeziya Günlərinə dəvət edildi

Gürcüstan şairləri bu ilin iyul ayında Şuşada keçiriləcək Vaqif Poeziya Günlərinə dəvət olunublar. Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, dəvəti mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlu Gürcüstan Yazıçılar Evində keçirilmiş görüşdə səsləndirib. Yazıçılar Evinin direktoru Ketevan Dumbadzenin də iştirak etdiyi görüşdə azərbaycanlı və gürcü müəlliflər arasında ədəbi əlaqələrin dərinləşdirilməsi imkanları müzakirə olunub. K.Dumbadze Gürcüstan və Azərbaycanın müəllif və oxucularını birləşdirəcək layihələrin, həmçinin hər iki ölkənin bölgələrinə tanışlıq ekskursiyalarının təşkilinin əhəmiyyətini vurğulayıb. Görüşdə ikidilli kitabların nəşri, tərcümə layihələri və iki ölkənin yazıçıları arasında ədəbi əlaqələrin inkişafı ilə bağlı gələcək əməkdaşlıq planları, müasir gürcü pyeslərin Azərbaycanda, Azərbaycan əsərlərinin isə Gürcüstanda səhnələşdirilməsi məsələsi ətrafında da fikir mübadiləsi aparılıb.

XATIRLATMA: Vaqif Poeziya Günləri Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!