Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətiləBakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazehadına Mərkəzi Kitabxanasının Oxuculara xidmət şöbəsi
Yasamal rayon A.İ.Məmmədov adına 38 №-li tam orta məktəblə birgə əməkdaşlıqçərçivəsində “Həmrəy olaq, bir olaq” adlı tədbir keçirdi. Mərkəzi Kitabxanadan “Təzadlar”a bildirildi ki, öncə Azərbaycan Respublikasının Dövlət himni səsləndi vəşəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Məktəbin Təlim-tədris işləri üzrə direktor müavini Gülnarə Vəliyevatədbir iştirakçılarını salamdı və bayram münasibəti ilə təbrik etdi. O,çıxışında 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik GünününAzərbaycan tarixinə təntənəli bir bayram kimi daxil olmasından, Ulu ÖndərHeydər Əliyevin təşəbbüsü ilə bu tarixin təməlinin qoyulmasından danışdı.
Kitabxananın Abonement bölməsinin müdiri Lalə Səlimova DünyaAzərbaycanlılarının Həmrəylik Gününün əhəmiyyətindən, Ümummilli LiderHeydər Əliyevin Azərbaycanın hüdudlarından kənarda yaşayansoydaşlarımızın Vətənlə əlaqələrinin möhkəmləndirilməsi sahəsində tarixifəaliyyətindən danışdı.
Məktəb kitabxanasının müdiri Səbinə Abbasova çıxış edərək bildirdiki, bu gün xalqımız həmrəy olaraq işğaldan azad olunmuş ərazilərimizindirçəlməsində, bərpa olunmasında yaxından iştirak edir.
Oxuculara xidmət şöbəsinin baş kitabxanaçısı Gülnarə Cəlilovaçıxışında bildirdi ki, Zəfərimizdən sonra həm xaricdə yaşayansoydaşlarımız, həm də ölkəmiz Dünya Azərbaycanlılarının HəmrəylikGününü daha fəxrlə, qürur və sevinclə qeyd edir.
Tədbirdə iştirak edən məktəbin müəllimləri Səyyarə Hümbətli vəElnarə Məmmədova hər bir azərbaycanlı üçün bu bayramın doğma və əzizolduğunu bildirdi.
Məktəbin şagirdləri Amin Mahmudov, Nihat Orucov, Əli Orucov, Əbdülqasım Qənirli, Pərvin Tahirzadə və Nərgiz Qədimova şeirlərsöylədilər.