Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Azərbaycan hərbçisi Ermənistanla şərti sərhəd istiqamətində minaya düşüb.
Tezadlar.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda deyilir ki, bu gün saat 12:00 radələrində Azərbaycan Ordusunun hərbi qulluqçusu Salmanov Ziyad İlqar oğlu Azərbaycan-Ermənistan şərti sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində xidməti-döyüş tapşırıqlarını yerinə yetirərkən piyada əleyhinə minaya düşərək xəsarət alıb.
Məlumata görə, ilk tibbi yardım göstərildikdən sonra yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib, onun həyatı üçün təhlükə yoxdur. Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.