Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
27 May 2024 / 11:10

HƏRBİ HİSSƏNİN SABİQ QƏRARGAH RƏİSİ RÜŞVƏTƏ GÖRƏ HƏBS EDİLİB

 Bakıda yerləşən “N” saylı hərbi hissənin sabiq qərargah rəisi rüşvətə görə həbs edilib.

TEZADLAR.AZ xəbər verir ki, trend-in etibarlı mənbədən əldə etdiyi məlumata görə, kapitan rütbəsi ilə xidmət edən Vüsal Əliyev bir neçə hərbçidən rüşvət alıb.

Ona qarşı Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə ittiham verilib.

Cinayət işi Bakı Hərbi Məhkəməsində araşdırılıb.

V.Əliyev xidmətlərinə görə müxtəlif medallarla təltif edilib. Həmçinin, o, Azərbaycanı Əfqanıstanda təmsil edən zabit kimi xidmət edib. Müdafiə tərəfi bunları nəzərə alaraq məhkəmədən həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş edib.

Məhkəmə təqsirləndirilən şəxsin xidmətlərini yumşaldıcı hal hesab edib, ona münasibətdə cəza təyin edilərkən Cinayət Məcəlləsinin 62-ci (sanksiya həddinin ən aşağı həddindən az cəza təyin etmə) maddəsini tətbiq edib.

Hökmə əsasən, Vüsal Əliyev cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə dörd il müddətinə azadlıqdan məhrum edilib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!