Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


Krasnoqorskdan olan riyaziyyat müəllimi həyat yoldaşını öldürməkdə ittiham edilərək həbs edilib.
Tezadlar.az xəbər verir ki, bu barədə İstintaq Komitəsinin regional Baş İstintaq İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Müstəntiq həbslə bağlı vəsatət qaldırıb. Məhkəmə ərizəçinin arqumentlərini dəstəkləyib və müəllimi istintaq təcridxanasına göndərib. Cinayət işi üzrə istintaq davam edir.
Daha əvvəl bildirilib ki, 41 yaşlı qadının qətli Krasnoqorskda mənzillərdən birində baş verib. Zərərçəkmiş əri ilə tez-tez mübahisə edir və ondan daha çox qazanmasını tələb edirdi. Başqa bir qalmaqal zamanı qadın boşanmaqla hədələməyə başlayıb. İstintaqın məlumatına görə, müəllim daha sonra arvadını boğub.
E.ŞİRİNOV