13 Oktyabr 2025 / 12:02

Hacıqabulda fəaliyyət göstərən “Orxan” kafesində də nöqsanlar aşkarlanıb- fotolar

Hacıqabul rayonu, Muğan qəsəbəsində fəaliyyət göstərən, fiziki şəxs İbrəhimov Davud Balassan oğluna məxsus “Orxan” kafesində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı bir sıra nöqsanlar aşkarlanıb.

Tezadlar.az  AQTA-ya istinadən xəbər verir ki,  kafenin manqal sahəsində havalandırma sisteminin quraşdırılmadığı, qida məhsulları ilə mətbəx ləvazimatlarının eyni sahədə yuyulduğu, qida məhsullarının müvafiq müşayiətedici sənədlərinin mövcud olmadığı, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, istifadə olunan suyun filtrdən keçirilmədiyi və digər sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulduğu müəyyən edilib.

Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub və işlərin görülməsi, xidmətlərin göstərilməsi nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!