Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
18 Noyabr 2025 / 21:34

Hakan Fidan: Türkiyə Azərbaycanla tam koordinasiya içindədir

Türkiyə Azərbaycanla koordinasiya və həmrəylik içində əlaqələr qurur.

Tezadlar.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyə Böyük Millət Məclisində deyib.

Onun sözlərinə görə, Azərbaycan və Türkiyə arasındakı əlaqələr ikitərəfli və çoxtərəfli platformalarda davam edir:

“Azərbaycan-Ermənistan sülh prosesində 8 avqustda Vaşinqtonda ortaya qoyulan iradə və Ermənistanla apardığımız normallaşma prosesindəki irəliləyiş, bölgədə uzun müddətdir gözlənilən daimi sülhə yönəlik ümidləri gücləndirib”

Nazir Türkiyə və Ermənistan arasındakı əlaqələrə də toxunub:

“Ölkəmizlə əlaqələrini normallaşdırma mövzusunda açıq və istəkli bir mövqe göstərən Ermənistanla müxtəlif səviyyələrdə dialoqumuzu davam etdirir, atıla biləcək konkret addımlar üzərində ortaq işlərimizi səmimiyyətlə irəlilədirik. Türkiyə Cənubi Qafqazda sülhün təsis edilməsi və bölgədə ortaq bir rifah sahəsi yaradılması üçün səy göstərməyə davam edir”.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!