Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
6 Noyabr 2024 / 09:10

HAKİM PARTİYA SEÇKİLƏRDƏ 400-DƏN ÇOX SƏSİN OĞURLANDIĞINI AŞKAR EDİB

Hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyası oktyabrın 26-da keçirilən parlament seçkilərində müxalifətin onlardan 400-dən çox səs oğurladığını aşkar edib.

Tezadlar.az xəbər verir ki, bunu partiyanın icraçı katibi Mamuka Mdinaradze keçirdiyi brifinqdə deyib.

Mdinaradzenin sözlərinə görə, müxalifət seçkilərdə bu sxem üzrə hərəkət edib: “Gürcü arzusu”nun tərəfdarları onlardan xəbərsiz ucqar rayonlarda seçki komissiyalarının üzvü kimi qeydə alınıb, bu səbəbdən insanlar qeydiyyat yerində səs verə bilmirdilər.

“Ümumilikdə, 420-yə qədər iş araşdırılır. Bu işlərin bəziləri radikal müxalifətdən olan bir vətəndaşın öz iradəsinə zidd olaraq başqa seçki məntəqəsində qeydə alınıb, ona görə də səs verə bilməyib”, – Mdinaradze bildirib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!