Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Erməni apostol kilsəsinin Şirak yeparxiyasının başçısı arxiyepiskop Mikael Acapaxyan iki il müddətinə azadlıqdan məhrum edilib.
“Təzadlar” Ermənistan mediasına istinadən xəbər verir ki, hökmü hakim Armine Meliksetyan çıxarıb.
Daha əvvəl prokuror Arman Baqdasaryan Şirak yeparxiyasının başçısının həbsdə keçirdiyi müddət çıxılmaqla 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini tələb etmişdi.
M.Acapaxyan bu ilin iyun ayından istintaq təcridxanasındadır. Onun vəkilləri bir ay ərzində məhkəmənin qərarından apellyasiya şikayəti verə bilərlər.