15 Avqust 2025 / 22:30

Hayber-Paxtunxvada təbii fəlakət – ölənlərin sayı artır

Pakistanın şimal-qərbində son 24 saat ərzində leysan yağışlar nəticəsində 200-ə yaxın insan həlak olub.

Tezadlar.az xəbər verir ki, bu barədə “Reuters” yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Rəsmilər bildiriblər ki, ölüm halları Hayber-Paxtunxva əyalətinin dağlıq ərazilərində qəfil yağışlar, daşqınlar, ildırım düşməsi və uçqunlar səbəbindən baş verib.

Xilasedicilərin bildirdiyinə görə, çay və dərələrin daşması nəticəsində Svat rayonunda 2000-dən çox insan təhlükəsiz ərazilərə təxliyə edilib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!