11 İyul 2025 / 18:46

Həbs edilən Böcekin yerinə Antalya Bələdiyyəsinə yeni sədr müavini seçildi

Həbs edilən Muhittin Böcekin səlahiyyətlərinin dayandırılmasından sonra Antalya Böyükşəhər Bələdiyyə sədrinin müavini seçilib.

“Tezadlar.az” xəbər verir ki, bununla da Böcekin səlahiyyətləri CHP üzvü Büşra Özdemirə həvalə edilib.

O, gizli səsvermədə etibarlı 75 səsin hamısını toplayaraq sədr müavini seçilib.

Xatırladaq ki, Antalya Böyükşəhər Bələdiyyəsinin sədri Muhittin Böcek Türkiyə Cümhuriyyət Xalq Partiyası (CHP) bələdiyyələri ilə bağlı korrupsiyaya dair aparılan araşdırmalar çərçivəsində həbs olunub.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!