Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
5 İyun 2025 / 12:19

Şirkətlər 120.716,36 manat dəyərində olan abadlaşdırma işlərinə yaxın gəlmədilər – TENDER LƏGV EDİLDİ…

Saatlı Rayon İcra Hakimiyyəti tərəfindən elan edilən “Saatlı şəhəri ərazisində abadlıq işləri” üzrə tender baş tutmayıb.

TEZADLAR.AZ  xəbər verir ki, 120.716,36 manat dəyərində qiymətlə nəzərdə tutulan satınalma proseduru təchizatçı çatışmazlığı səbəbilə ləğv edilib.

Tender 8 may 2025-ci il saat 14:43-də dərc olunmuşdu və təkliflərin təqdim olunması üçün son tarix 3 iyun 2025-ci il, saat 15:00 olaraq müəyyən edilmişdi. Həmin tarixdə həm də zərflərin açılması nəzərdə tutulurdu. Lakin Dövlət Satınalmaları Haqqında Qanunun 36.1.1-ci maddəsinə əsasən, təklif və təklifin təminatını təqdim edən, tələb olunan halda müvafiq lisenziyaya malik olan iştirakçıların sayı üçdən az olduğuna görə tender proseduru qanunvericiliyə uyğun şəkildə ləğv olunub.

Bu kimi hallar dövlət qurumlarının elan etdiyi tenderlərdə iştirakçıların maraq göstərməməsi və ya texniki-icazə şərtlərini ödəyə bilməməsi ilə əlaqələndirilə bilər. Gözlənilir ki, yaxın müddətdə bu abadlıq işləri üçün yeni satınalma proseduru elan olunsun.

 

fed.az

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!