20 Mart 2026 / 14:35

Həcc ziyarətinə getmək istəyənlərə on min manatdan çox pul lazım olacaq

Həcc ziyarəti üçün kvotanın cəmi 9 faizi tamamlanmamış qalır.

 Tezadlar.az  xəbər verir ki bu barədə trend-in sorğusuna cavab olaraq, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

Onun sözlərinə görə, Həcc ziyarəti üzrə kvotanın 91 faizi artıq tamamlanıb, 9 faiz yer qalıb:

“Kvota hələ ki, tamamlanmayıb. Bayram günlərindən sonra da tamamlana qədər sənəd qəbulu davam etdiriləcək”, – o, bildirib.

Qeyd edək ki, Həcc ziyarəti üçün ilk uçuş mayın 17-də olacaq. Həmin zəvvar qrupunda 180 nəfər olacaq.

Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə Nazirliyindən gələn təlimatlara əsasən, habelə, xaricdə və bölgələrdə yaşayan vətəndaşların çoxsaylı müraciətlərini nəzərə alaraq builki Həcc mövsümü üçün sənəd qəbulunun müddəti mart ayının 7-dək uzadılmışdı.

Xatırladaq ki, Həcc ziyarətinin qiyməti bu il üçün 6 100 ABŞ dolları, yəni 10 388 AZN təşkil edir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!