14 Fevral 2026 / 13:09

HƏFTƏBECƏR- ELÇİN MƏMMƏDLİNİN BLOQU

Ailə qurandan sonra səhnəni tərk edən Avroviziya təmsilzimiz, 3 uşaq anası, muğənni Aysel Teymurzadə ( Adgüzəlzadə) sosial mediada mini geyimdə “əkillərini paylaşıb. Məlumatlara gürə, Ayselin mini geyimdə, yəni budu züldə qalan “əkilləri izləyicilərin marağına səbəb olub.

P.S. Mən belə izləyiciləri çay aşağı axıdım, çay yuxarı axtarım. Ətiniz tükğlsğn elə…Zalım usağı, elə bil ümrğndə hez bud-zad gürməyib. Rəhmətliyin uşağı, efirlərimiz səhərdən ax”ama qədər budlarını belə züldə qoyanlarla doludur. Güzləriniz onlardan doymur məgər? Elə siz izləyicilərsiniz bu “ou əhli xanımları efirlərdə soyunduranlar. Məhz sizlər o budları çöldə olanlara “bəyən” i”arəsi qoymasanız, xo” süzlər yazmasanız, əksinə, onları ictimai qınaq obyektinə zevirsəniz, bir də qələt edib o xanımların biri də soyunmaz.

***

Əməkdar artist, məşhur qarmon ifaçısı Gövhər Rzayeva “Günə doğru” verilişində ailə həyatından danışarkən belə deyib: “Ər çörəyi yeyən qadın dünyanın ən xoşbəxtidir”.

P.S. Ay Gövhər xanım, bu olmadı dəə… İndi deyirsən ki, şou əhli xanımların arasında xoşbəxt olan yoxdur? Nöşün ki, onların çoxunun ya əri yoxdur, ya da əksinə, əri arvad çörəyi yeyir. Gövhər xanım, qadının ər çörəyi yeməsi keçmişdə qaldı. Bu gün arvad çörəyi yeyən ər, dünyanın ən xoşbəxtidir…

***

Hazırda müzakirə gedir ki, 10 milyon əhaliyə 125 deputat azdır və bu say artırılmalıdır. Amma həm deputatlar, həm ictimai xadimlər, həm də əksər insanlar 125 deputat olmasını düzgün sayırlar və bu rəqəmin artırılmasına ehtiyac gürmğrlər.

P.S.Düz də edirlər. Çünki 125 deputatdan gül dərmişik ki, sayı çoxalan kimi də onlardan gülab çəkəcəyik. 125 deputat indiyə qədər hansı seçicinin sınıq dırnağına çırt eləyib ki?! Milli Məclisdə deputatların sayı çoxalan kimi, yatanların da sayı çox olacaq.Əşi, atalar nahaqdan demirlər ki, çoxluq tortluqdur…

***

ABŞ-da həbsxanada olarkən intihar edən, daha doğrusu, gorbagor olan iş adamı, cinsi cinayətkar uşaqbaz, gənc qızları satan Cefri Epşteyn məsələsi dünya gündəmini zəbt edib. “Epşteyn işi”ndə artıq sabiq xarici işlər naziri Elmar Məmmədyarovun və sabiq nəqliyyat naziri Ziya Məmmədovun da adı çəkilir. Bir jurnalistin  “niyə məhz sizə qarşı bu cür fikirlər səsləndirilir”-  sualına Elmar müəllim belə cavab verib: ”Yəqin ki, məşhur adam olduğuma görə ortaya belə iddialar atırlar. 6 ildir  işdən çıxmışam, amma görürsünüz, yenə də adım bəzi yerlərdə hallanır”.

P.S.Heyranına şükür, ya rəbbim! Görün xarici işlər naziri kimi mühüm bir postu, uzun müddət kimə etibar etmişik? Elmar müəllim deyir ki,  yəqin məşhur adam olduğum üçün adım “Epşteyn işi”ndə hallanır. Bu adam hələ bilmir ki, adı uşaqbazlıq, azyaşlı qızları tora salıb cinsi istismar edən və satan bir iş adamı ilə adı hallanır. Onda belə çıxır ki, Elmar Məmmədyarovun da iş adamı olmuş “Epşteyn işi”ndən bəhrələnən insanlardan olub dayna.

***

Azərbaycanlılara qarşı Qarabağda dəhşətli cinayətlər törətmiş separatçı qatillərə nəhayət, hökm oxundu. Bəzilərinə ömürlük, bəzilərinə də 15-20 il arası həbs cəzası verildi. Bu uşaq qatillərinə verilən cəza, onların törətdikləri saysız-hesabsız cinayətlərə görə adekvatdırmı?

P.S.Əlbəttə, yox! Uşaqlara, hamilə gəlinlərə, azyaşlı qızlara, qadınlara, qocalara dəhşətli cəzalar verən daşnak cəlladlarına ölüm hökmü çıxarılmalı idi. Amma eybi yox, bu erməni daşnaklarını bizim həbsxanalarda yəqin ki, şampanla, dəm-dəstgahla qarşılayacaqlar.

***

Məlumatlara görə, Hindistan Ermənistanı silahlandırmaqla cənubi Qafqazda sülhə qarşı hücuma keçir.

P.S.Eh Cimmi, Şaka, Şanti, Şanu, Racu, Zita və Gita, hardasınız? Uşaqlıq və gənclik illərində sizləri o qədər sevmişdik ki, elə bilirdik Hindistan ikinci vətənimizdir. Sən demə Hindistana olan sevgimizlə içimizdə əfi ilan bəsləmişik.  İndi bu Hindistan düşmənimiz olan Ermənistana silah- sursat satır və sülhə mane olur. Biz o vaxtkı kinolarda görürdük ki, əyalətlərdə insanlar ac yalavacdır və komalarda, daxmalarda yaşayırlar. Hindistanın hazırki baş naziri cənab Narendra Modi məhz həmin ac- yalavac bölgənin təmsilçisidir. Yaxşı olar ki, hörmətli Modi müəllim Ermənistana verdiyi silahların əvəzinə, o pulları həmin bölgənin ac-yalavac insanlarının problemlərinə xərcləsin. Amma belə baxanda həm Hindistandan olan qaraçı ermənilər, həm də Hindistan qaraçıları elə bir kökdəndirlər axı. Ona gürə də Ermənistan istəməsə də, Hindistan qaraçıları, “səni sevəcəyəm, sən sevməsən də” prinsipi ilə köməklərini əsirgəmirlər. Deyirəm, bu hind qaraçılarına elə Pakistan qardaşlarımız  qənim olsun…

Müğənni Arzuxanımın şəxsi həyatı ilə bağlı verdi açıqlama geniş müzakirələrə səbəb olub. O deyib: “Hamilə olduğum üçün toy etmədim. Abır-həya yaxşı şeydir. Amma rəsmi nigahımız var. Mənim də həyat yoldaşımın da ilkin evliliyidir, həmçinin bu, hər ikimizin ilk övladıdır”.

P.S.Deməli, abır-həya edərək Arzuxanım hamilə ola-ola toy etməyib. Neynək, qoy o deyən olsun. Yaxşı, ay Arzu xanım əgər o abır-həyanı düşünə bilirdinsə niyə toya qədər hamilə olmusan? Nə olmuşdu, nə xəbərdi? Yəni həyat yodaşınla məhəbbətin o qədər qıcqırmışdı ki, toya qədər səbr edə bilmədiniz? Ax ax ax.. lənətə gəlsin bu abır-həyanı. Harda idi onda görəsən? Bəlkə o abır-həya həmin zaman tıxaca düşübmüş. Bir az da gözləyərdiniz dəə…  Bu yerdə “O qızı tapın” filmində rəhmətlik Nəsibə Zeynalovanın söylədiyi bir bayatı yada düşür:

“ Əzizinəm qız-qıza,

Oğlan qıza, qız-qıza,

Oğlan qızsa tez sönər.

Vay o gündən qız-qıza”.

Həə… qız da ki, qızanda abır-həya tıxaca düşür. Nəticədə  bir qız arzuladığı toydan məhrum olur.

Müğənni Şəbnəm Tovuzlu “Rəngarəng” verilişinin aparıcısı Zaur Nəbioğlunun, ona qalmaqallı müğənni deməsinə etiraz edib və qalmaqallı müğənni olmadığını diqqətə çatdırıb. Amma aparıcı bu sözü bir daha təkrar edəndə isə, Şəbnəm efiri tərk edib.

P.S.Bu yerdə Şəbnəm Tovuzlu düz edib. Zaur Nəbioğluna baxıram, maşallah, boylu- buxunlu, bığlı- saqqallı bir kişidir. Di gəl ki, xanımla etik qaydada danışmağı belə bacarmır. Şəbnəm dəfələrlə bildirdi ki, “gəl sənətdən, musiqidən, mahnı oxumaqdan danışaq, qanımızı qaraltma səhər-səhər…”. Kimə deyirsən? O boyda bığlı-saqqalı kişini qadın qeybəti kimi qalmaqal maraqlandırırdı. Mən başa düşə bilmirəm, bir kişi müğənni xanıma qarşı etdiyi kobudluğu milyonların qarşısında özünə necə sığışdırdı? Ayıbdır, vallah o boy-buxuna ayıbdır ki qadınlarla qadın kimi qeybət  edir…

***

Müğənni Nadir Qafarzadə “Xəzər axşamı” verilişində atasının Əliağa Vahidlə dostluğundan danışarkən belə deyib: “Hərdən düşünürəm ki, o vaxtkı zəhmli kişilər indi yoxdur. Biz çalışsaq da atalarımız kimi kişilər ola bilmirik”.

P.S. Ay Nadir Qafarzadə, etiraf etmək də böyüklükdür. Atalar elə ona gürə deyiblər ki, “oddan kül törəyər. Yaxşı ki, etiraf edirsən ki, atan kimi kişi ola bilmirsən. Ola da bilməyəcəksən. Çünki o dövrdə atan kimi kişilər üz-gözünə, dodağına əl gəzdirmirdi, yanağını botoks etdirmirdilər. Amma sən ruhdan düşmə, Nadir bəy, kişiolmağa çalışmaq, cəhd etmək özü də bir kişilikdir, mən ölüm. Özü də daha o dövrün yox e, indiki dövrün kişiləri kimi…

ELÇİN MƏMMƏDLİ

elcinmemmedli58@gmail.com

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!