Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
14 Oktyabr 2025 / 21:38

HƏMAS girovlarla bağlı şərtləri pozdu – İsrail sərhədi bağladı

İsrail atəşkəs razılaşmasında nəzərdə tutulduğu halda, Qəzza zolağı ilə Misir arasındakı “Rəfah” sərhəd keçid məntəqəsini sabah açmamağa qərar verib.

Tezadlar.az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

İsrail tərəfi bu qərarı HƏMAS-ın ölən girovların meyitlərinin hamısının qaytarılması ilə bağlı götürdüyü öhdəliyi yerinə yetirməməsi ilə əsaslandırır.

HƏMAS-a qarşı sanksiyalar çərçivəsində İsrail həmçinin Qəzza zolağına göndərilən humanitar yardımın həcmini azaldacaq.

“Dünən qruplaşma sağ qalmış 20 girovu azad edib və həlak olmuş dörd girovun meyitini təhvil verib, 24 meyit isə Qəzzadadır”, – məlumatda bildirilib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!