Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
11 Mart 2026 / 09:00

Heroin bazarına zərbə – Gəncədə əməliyyat keçirilib (VİDEO)

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib.

Tezadlar.az  xəbər verir ki, tədbir zamanı 33 yaşlı Ədil Ədilov narkokuryerlikdə şübhəli bilindiyi üçün saxlanılıb.

Onun əlindəki idman çantasından yüksək təsiredici xassəyə malik 27 kiloqram 475 qram narkotik vasitə olan heroin aşkarlanıb.

Saxlanılan şəxs ifadəsində narkotikləri sosial şəbəkədə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə əldə etdiyini və şəhər ərazisində müxtəlif ünvanlara çatdırmağı planlaşdırdığını bildirib.

Qeyd edək ki, Ə.Ədilovdan aşkar olunan heroinin “qara bazar”da qiyməti 1 milyon 600 min manat dəyərində qiymətləndirilir.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində cinayət işi başlanılıb. Ə. Ədilov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaqa tədbirləri davam etdirilir.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!