8 Sentyabr 2025 / 23:08

Hersoqun Britaniya Baş naziri və XİN rəhbəri ilə görüşü gözlənilir

İsrail Prezidenti İsxak Hersoq bu həftə Londona səfər edəcək və Böyük Britaniya hökumətinin yüksək vəzifəli nümayəndələrindən biri ilə görüş keçirəcək.

“Tezadlar” xəbər verir ki, bu barədə diplomatik mənbə bildirib.

Onun sözlərinə görə, Hersoqu Britaniyanın Baş naziri Kir Starmer, həmçinin xarici işlər naziri İvett Kuper qəbul edə bilər. Lakin nə Britaniya tərəfi, nə də İsrail Prezidentinin ofisi bu məlumatı rəsmi qaydada təsdiqləməyib.

Hersoqun iqamətgahında yalnız onu qeyd ediblər ki, o, üç gün davam edəcək səfər çərçivəsində “ictimaiyyət nümayəndələri” ilə görüşəcək.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!