11 Aprel 2023 / 04:37

“HEYDƏR ƏLİYEV TÜRK DÜNYASININ DAHA SIX BİRLİYİNƏ ÇALIŞIRDI”

“Heydər Əliyev türk dünyasını daha sıx birləşdirmək üçün əlindən gələni edirdi”.

Tezadlar.az “Qazaxıstan xəbərləri”nə istinadla bildirir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Astanada Heydər Əliyev küçəsinin təntənəli açılış mərasimində bildirib. Sitat: “Kasım-Jomart Kemeleviç dedi ki, Heydər Əliyev qardaş qazax xalqına xüsusi münasibət və sevgi bəsləyirdi. Bu, həqiqətən belədir, mən bunun şahidiyəm. Ulu Öndər qazaxların ənənələrini, adətlərini yaxşı bilir, qazax xalqının mədəniyyətinə, onun çoxəsrlik tarixinə hörmət bəsləyir, qazaxlarla azərbaycanlıların qardaşlığını çox yüksək qiymətləndirirdi. O, (Ulu Öndər Heydər Əliyev – red.) türk dünyasını daha sıx birləşdirmək üçün əlindən gələni edirdi. Bu gün biz onun işinin, fəaliyyətinin nəticələrini, o cümlədən bunda görürük ki, türk dünyası birləşir”.

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!