Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Mövsümi xəstəliklərin yayılma riski artdıqca heyvan bazarlarında gigiyena və baytarlıq tələblərinə əməl olunması xüsusi əhəmiyyət daşıyır.
Bu barədə Tezadlar.az -a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib.
Qeyd edilib ki, bazarlarda müxtəlif mənşəli heyvanların bir yerdə saxlanması və qaydalara riayət edilməməsi infeksiyaların yayılmasına səbəb ola bilər. Aparılan monitorinqlər göstərir ki, bəzi bölgələrdə bu qaydalar pozulur. Bu isə həm heyvanlar, həm də insanlar üçün təhlükə yaradır.
Epizootoloji stabilliyin qorunması üçün bazar sahibləri və satıcıların əməl etməli olduqları tələbləri diqqətinizə çatdırırıq!
Unutmayaq: sağlam heyvan sağlam qida, sağlam qida sağlam insan deməkdir!