Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Azərbaycanda iribuynuzlu heyvanlarda dabaq xəstəliyinin yayılması qonşu ölkələrdə də problemlər yaradıb. Belə kiş son dövrlərdə əldə edilən məlumatlar göstərir ki, Cənubi Qafqaz regionuna daxil olan bir sıra ölkələrdə xüsusi təhlükəli heyvan xəstəliklərinin yayılma riski mövcuddur. Tezadlar.az Azərbaycanın da mal əti idxal etdiyi Gürcüstanın Kənd Təsərrüfatı Nazirliyinə istinadla xəbər verir ki, bu səbəbdən oktyabrın 25-dən etibarən Azərbaycan ərazisində heyvan bazarlarının fəaliyyəti məhdudlaşdırılacaq. Ekspertlər bildirirlər ki, ən riskli məkanlardan biri məhz heyvan bazarları hesab olunur. Mütəxəssislər qeyd edirlər ki, hazırkı mərhələdə heyvanların satışı birbaşa heyvandarlıq təsərrüfatlarında həyata keçirilməsinin daha məqsədəuyğun olduğunu düşünürlər. Ekspertlər xüsusilə mal ətindən az istifadə etməyi və yalnız yoxlanılmış mənbələrdən ət almağı tövsiyə edirlər.