Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İran Səhiyyə Nazirliyi 28 fevralda ABŞ-İsrail hücumlarının başlamasından bəri 230-dan çox uşağın öldüyünü açıqlayıb.
Tezadlar.az xəbər verir ki, İran Səhiyyə Nazirliyi ABŞ və İsrail hücumlarında həlak olan və yaralanan uşaqlarla bağlı açıqlama yayıb.
Məlumatda 28 fevralda ABŞ-İsrail hücumlarının başlamasından bəri 230-dan çox uşağın həyatını itirdiyi və təxminən 1800 uşağın yaralandığı bildirilir.
ABŞ-İsrailin İrana hücumları
İsrail və ABŞ Tehran və Vaşinqton administrasiyaları arasında danışıqların davam etdiyi bir vaxtda 28 fevralda İrana hərbi hücuma başladılar.
İran buna cavab olaraq ABŞ bazalarının yerləşdiyi İsrail, Qətər, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Bəhreyn də daxil olmaqla bir sıra regional ölkələrdə müəyyən etdiyi hədəflərə hücumlar etdi.
ABŞ-İsrail hücumlarında İranın keçmiş lideri Əli Xamenei və çoxsaylı yüksək vəzifəli şəxslər həlak oldu.
E.ŞİRİNOV