10 Sentyabr 2025 / 21:00

Husam Badran Dohadakı qərargaha zərbədən sonra açıqlama verdi

Fələstinin HƏMAS radikal qruplaşmasının yüksək rütbəli üzvlərindən biri Husam Badran İsrail Müdafiə Qüvvələrinin təşkilatın Qətərin paytaxtı Dohadakı qərargahına zərbə endirməsindən sonra açıqlama verib.

“Tezadlar” xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.

Hərəkat üzvünün sözlərinə görə, İsrailin hərəkətləri HƏMAS rəhbərliyinin qərarlarına və ya digər fraksiyalarla koordinasiyaya təsir etməyəcək.

Qəzet qeyd edir ki, Badran Qəzza zolağından kənarda yaşayan HƏMAS-ın yüksək səviyyəli lideridir. Nəşrin məlumatına görə, o, zərbələr zamanı Qətərdə olub və açıqlama verdiyinə görə, xəsarət almayıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!