15 Yanvar 2024 / 15:08

HUSİLƏRİN HUDEYDƏDƏKİ MÖVQELƏRİ VURULDU

Yəmənin Qırmızı dəniz sahillərində yerləşən Hudeydə əyalətində üsyançı husilər “Ənsar Allah” hərəkatının mövqeləri vurulub.

Bu barədə yerli mənbələrə istinadən “Al Arabiya” telekanalı məlumat yayıb.

Livanın “Al Mayadeen” telekanalı da Hudeydədə partlayış səsləri barədə məlumat yayıb. Tələfat və dağıntılar barədə məlumat verilmir.

“Al Hadath” və “Sky News Arabia” telekanallarının məlumatına görə, bazar ertəsi husilər Əl-Dali əyalətindən Ədən körfəzinə doğru uğursuz raket atıblar. “Al Hadath” qeyd edib ki, raket eyni əyalətdəki səhra ərazisinə düşüb.

​​​​ E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!