11 Yanvar 2024 / 09:40

İLHAM ƏLİYEV 2-Cİ QARABAĞ MÜHARİBƏSİ ZAMANI ƏN ÇOX KİMİNLƏ TELEFONLA DANIŞIB?

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində İkinci Qarabağ müharibəsi zamanı ən çox telefonla danışdığı şəxslərin adlarını açıqlayıb.

Tezadlar.az AzərTAC-a istinadla xəbər verir ki, dövlət başçısı “İkinci Qarabağ müharibəsi zamanı ən çox telefonla danışdığım insanlar Türkiyə Prezidenti və Rusiya Prezidenti idi. Bu da təbiidir, Türkiyə Prezidenti müharibənin ilk günündən son gününə qədər bizim yanımızda idi, Azərbaycana verdiyi siyasi və mənəvi dəstək bir çoxlarına bir mesaj idi”, – deyə Əliyev bildirib.

İlham Əliyev bu gün ölkə qarşısında əgər hansısa ciddi bir məsələnin dayanacağı təqdirdə, zəng edəcəyi insanın, əlbəttə, ilk növbədə, qardaş Rəcəb Tayyib Ərdoğan olacağını, onu məlumatlandıracağını bildirib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!