17 Mart 2023 / 05:25

İLHAM ƏLİYEVLƏ VLADİMİR PUTİN BÖLGƏNİN PROBLEMLƏRİNİ MÜZAKİRƏ EDİBLƏR

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin martın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Tezadlar.az Azərbaycan Prezidentinin Mətbuat Xidmətinə istinadla bildirir ki, telefon danışığı əsnasında Rusiya, Azərbaycan və Ermənistan liderlərinin məlum üçtərəfli razılaşmaları əsasında Cənubi Qafqazda təhlükəsizliyin və sabitliyin təmin olunmasına yönəlmiş praktiki tədbirlər müzakirə edilib. Həmçinin regionda nəqliyyat-logistika və iqtisadi əlaqələrin inkişafı məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!