9 Oktyabr 2023 / 12:41

İNANILMAZ: KƏLƏKBAZLAR QUMAR PLATFORMASI YARATDILAR VƏ ABUNƏÇİ TOPLAYIRLAR…

 Bir çox fırıldaqçıların Azərbaycanda WhatsApp istifadəçilərini saxta hesablardan müxtəlif adlar altında  aldatması – kart hesablarını, şəxsi məlumatları … ələ keçirmələri halları heç kəsə sirr deyil.

Belə fırıldaqların çoxu uduşla, lotereya oyunları ilə, bir sözlə WhatsApp istifadəçilərinin guya gəlir əldə edəcəkləri ilə bağlıdır. Hüquq-mühafizə orqanları hər zaman vətəndaşlara belə linklərə keçid etməmələri, inanmamağı tövsiyə edir. Hazırda Ermənistanın Azərbaycana bəslədiyi qatı revanşist hisslər fonunda isə belə mesajların sayı çoxalmaqdadır…

Son günlər bəzi istifadəçilərə +51 985 833 774 mobil nömrəsindən bu məzmunlu mesaj gəlməkdədir:

“Azərbaycanin ən böyük onlayn qumar platforması, qeydiyyatdan keçəndə 8 AZN bonus qazanacaqsınız. Əldə edə biləcəyiniz maksimum bonus 3888 AZN-dir. Ətraflı məlumat üçün vebsayta xoş gəlmisiniz. Veb sayt:yachtbet.club”, – deyə dələduzlar məlumatda qeyd edirlər.

WhatsApp istifadəçilərinə bu cür şirnikləndirici səhifələrə daxil olmamaq və dələduzların toruna düşməmək tövsiyə olunur.

 Qeyd edək ki, hazırda mesaj göndərilən +51 985 833 774 nömrə aktivdir.

votsap-firildaq-mesaj

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!