16 Sentyabr 2023 / 16:19

İRAN BAEA-NIN BİR NEÇƏ MÜFƏTTİŞİNİN AKKREDİTASIYASINI LƏĞV EDİB

İran Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) uranın zənginləşdirilməsi obyektlərində yoxlama aparan bir neçə müfəttişinin akkreditasiyasını ləğv etmək qərarına gəlib.

Bu barədə BAEA rəhbəri Rafael Qrossi məlumat verib.

BAEA-nın yaydığı bəyanatda deyilir ki, bunlar agentliyin zənginləşdirmə texnologiyaları sahəsində unikal biliyə malik ən təcrübəli ekspertləridir.

“Onlar İranda agentliyin zəmanəti altında olan zənginləşdirmə obyektlərində (uranın – RED.) mühüm yoxlama işləri aparıblar”, – deyə məlumatda bildirilir.

Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu BAEA-nı Fordo nüvə obyektində uranın 83,7%-ə qədər zənginləşdirilməsi ilə bağlı təhqiqatı bağlamaqla İran hakimiyyətinə təslim olmaqda ittiham edib.

İsrailin baş naziri hesab edir ki, BAEA siyasiləşərsə, onun nəzarət fəaliyyəti, o cümlədən İrandakı hesabatları da əhəmiyyətini itirəcək.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!