Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
31 İyul 2024 / 09:00

İRAN BUNA GÖRƏ İSRAİLİ HƏDƏLƏDİ

İsrail radikal Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürüldüyü iddiasına görə cavab verməlidir.

Bunu Siyasi Məqsədləri Müəyyən edən Şuranın katibi və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) keçmiş komandanı, general Möhsün Rezai deyib.

Tezadlar.az TASS-a istinadən xəbər verir ki, o, Fələstin xalqının lideri İsmayıl Haniyənin şəhadəti ilə bağlı HƏMAS və İslami Cihad döyüşçülərinə başsağlığı verib.

“İşğalçı və terrorçu sionist rejim bunun əvəzini ağır ödəyəcək”, – deyə Rezai bildirib.

Bundan əvvəl “Al Mayadeen” kanalı Fələstinin radikal HƏMAS hərəkatının Siyasi Bürosunun Tehrandakı rəhbəri İsmayıl Haniyəni öldürən raketin xarici dövlətin ərazisindən buraxıldığını bildirib.

Xatırladaq ki, çərşənbə günü Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə və onun mühafizəçilərindən biri Tehranda öldürülüb. İranın Ali Milli Təhlükəsizlik Şurası fövqəladə iclas keçirib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!