Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


…Yaxşı işdir, cinayət törət, gizlən, axtarılanda da İrana qaç…
Belə çıxır ki, kriminallar İranı özlərinin sığınacağı görürlər. Amma belə deyil! Yəni, Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən “Təzadlar”a verilən məlumatdan bəlli olur ki, sərhədçilərimiz belələrinə qənimdir! Budur, iki gün əvvəl- noyabr ayının 14-də saat 10:00 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin İmişli rayonunun Aranlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 1995-ci il təvəllüdlü Goranboy rayon sakini İsgəndərov Telman Tərlan oğlu Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir…
İndi Telman İsgəndərovun istintaq təcridxanasında niyə cinayət törətdiyini və nə səbəbdən axtarışa verildiyini dərindən götür-qoy etməyə xeyli, ən azı 5-7 il vaxtı olacaq… Biz hələ ən az müddəti deyirik…
JASMİN