Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.


İranın başı üzərində özünün yaratdığı bir kabus dolaşır…
Tezadlar.az Azadlıq Radiosu-na istinadla bildirir ki, İranın Müdafiə Nazirliyi İsfahan şəhərindəki hərbi zavodun bir neçə pilotsuz təyyarənin hücumuna məruz qaldığını açıqlayıb . Belə ki, nazirlik hücumları “uğursuz” adlandırıb və hər hansı itkinin olmadığı bildirilib. Bundan başqa, sosial şəbəkə istifadəçiləri ölkənin paytaxtı Tehran başda olmaqla Rəşt, Təbriz, İsfahan və digər şəhərlərindən hava partlayışların əks olunduğu videolar paylaşıblar. Müdafiə Nazirliyi İsfahanda quruma aid olan zavodda baş verən hücumu təstiqləsə də, ölkənin digər şəhərlərindəki olaylar barədə hələlik açıqlama verməyib. Eyni zamanda, “Al Arabiya” nəşri İsrail KİV-ə istinadən bildirib ki, İsrail İran daxilində əməliyyat keçirir.
Ən maraqlısı budur ki, baş verən bu hadisələr İsrailin Baş naziri Benyamin Netanyahunun Qüdsdəki terror hücumlarına dərhal cavab veriləcəyini bəyan etməsindən bir gün keçməmiş baş verir. Hələki baş verənlərə dəqiq reaksiya verilməyib. Nə baş verdiyi sual olaraq qalır.
A.Məmmədli