Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
27 May 2024 / 14:04

İŞĞALDAN AZAD OLUNAN BÖLGƏLƏRİN TƏHLÜKƏSİZ ƏRAZİYƏ ÇEVRİLMƏSİ ÜÇÜN TƏDBİRLƏR DAVAM ETDİRİLİR

Vətən müharibəsi və antiterror əməliyyatlarından sonra Böyük Qayıdış prosesinin sürətləndirilməsi və təhlükəsizliyin etibarlı təmin edilməsi məqsədilə Daxili İşlər Nazirliyinin əməkdaşları qarşıya qoyulan tapşırıqları peşəkarlıqla icra edirlər.

Daxil İşlər Nazirliyinin Mətbuat Xidmətindən Tezadlar.az-a verilən məlumata görə, müharibə qalıqları, təhlükə mənbələrinin aşkarlanıb zərərsizləşdirilməsi prosesi fasiləsiz davam etdirilir. Bölgənin silah-sursatlardan, partlayıcı maddələrdən təmizlənməsi işi xidmətə cəlb edilən daxili işlər orqanları əməkdaşlarının əsas fəaliyyət istiqamətlərindən biridir.

Həyata keçirilən tədbirlərdə ötən həftə polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 40 avtomat silahı, 8 tapança, 3 pulemyot, 15 tüfəng, 62 qumbara, 2 qumbaraatan, 1 mərmi, 2 partlayıcı, 30 alışdırıcı, 183 patron darağı, 10151 ədəd müxtəlif çaplı patron, 32 ədəd süngü-bıçaq və digər sursatlar, Ağdərə, Qubadlı, Tərtər, Ağdam, Cəbrayıl, Kəlbəcər və Xocalı rayonları ərazisindən isə ümumilikdə 1 pulemyot, 1 tapança, 16 qumbara, 1 qumbaraatan, 7 mərmi, 1 mina, 6 patron darağı və 779 ədəd müxtəlif çaplı patron aşkar olunaraq götürülüb.

 Bu istiqamətdə tədbirlər davam etdirilir.

RÖVŞANƏ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!