27 Oktyabr 2023 / 18:43

“İSLAMİ CİHAD” QRUPLAŞMASI AŞKELON VƏ SDEROTUN ATƏŞƏ TUTULDUĞUNU ELAN EDİB

Radikal Fələstin “İslami Cihad” hərəkatının hərbi qanadı olan “Saraya əl-Qüds” (Qüds şirkətləri) qruplaşması İsrailin Aşdod, Aşkelon və Sderot şəhərlərinə raket hücumu təşkil etdiyini açıqlayıb.

Qrupun Telegram kanalında dərc olunan bəyanatda deyilir: “”Saraya əl-Qüds” qüvvələri hazırda Aşdod, Aşkelon və Sderotda intensiv raket atışları həyata keçirir. Bundan əlavə, “İslami Cihad”ın silahlı qanadı Aşkelonun atəşə tutulmasında İranın Bədr 3 raketlərindən istifadə edildiyini bildirib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!