11 Noyabr 2023 / 05:16

İSMAYILLIDA ZƏLZƏLƏ BAŞ VERİB

Noyabrın 11-də İsmayıllı seysmoloji stansiyasından 3 kilometr şimalda – İsmayıllı rayonunda zəlzələ baş verib.

Bu barədə Tezadlar.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Qeyd edilib ki, saat 08:00-da baş verən 3 maqnitudalı zəlzələnin dərinliyi 7 kilometr təşkil edib.

Zəlzələ hiss olunmayıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!